Litva Sosial Demokrat Partiyası növbəti parlament seçkilərində qalib gələrək hakim koalisiya quracaq aparıcı siyasi qüvvəyə çevrilib.
Bu barədə Respublika Baş Seçki Komissiyasının saytında məlumat verilib.
Qeyd olunur ki, ölkənin heç bir siyasi partiyası seçkilərdə hakim çoxluq yaratmaq üçün lazımi səsləri toplaya bilməyib. Koalisiyanın Sosial Demokratlar, “Litva adına Demokratlar” fraksiyası və “Litva Kəndlilər və Yaşıllar İttifaqı” tərəfindən yaradılması planlaşdırılır. Onlar birlikdə Seymdəki 141 yerdən 74-nü alacaqlar.
Bundan əvvəl Litvanın baş naziri İnqrida Simonyte demişdi ki, müxalifətin Seym seçkilərində qələbəsi təbiidir.