“Digital Diplomatların” növbəti görüşü olubbackend

“Digital Diplomatların” növbəti qonağı REAL TV-də Sənədli Filmlər Departamentinin direktoru Vəfa Ağabalayeva oldu.

Gənc digital diplomatlar beynəlxalq təcrübəli jurnalist Vəfa xanımla “44 günlük Vətən müharibəsində Azərbaycana qarşı Fake news” mövzusunda ətraflı müzakirələr apardılar, informasiya müharibəsində öz rolları barədə öyrəndilər və suallarına cavab tapdılar.

Qeyd edək ki, layihə AR QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilir.