DİN-in zabitlərinə general-mayor rütbəsi verildi – SƏRƏNCAMbackend

Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilib:

polis polkovniki Canpolad Alı oğlu Daanova;

polis polkovniki Namiq Zirəddin oğlu Həsənova;

polis polkovniki Vüqar Hidayət oğlu Ələkbərova;

polis polkovniki Sərdar Süleyman oğlu Səfərova.