“İnsan sağlamlığını təhdid edən xəstəliklər barədə maarifləndirmənin keçirilməsi” adlı 2-ci konfrans keçirilib – FOTOLARbackend

2 iyul tarixində “Sağlamlığın Qorunması” ictimai birliyi Gədəbəy rayonunda “İnsan sağlamlığını təhdid edən xəstəliklər barədə maarifləndirmənin keçirilməsi” adlı 2-ci konfransını keçirib. Konfrans Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə keçirildi.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb.

“Yeni Gündəm” xəbər verir ki, tədbiri Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev açıq elan edərək “Sağlamlığın Qorunması” İB-nin maarifləndirmək məqsədilə həyata keçirdiyi layihənin aktuallığı barədə söz açıb.“Sağlamlığın Qorunması” ictimai birliyinin sədri, t.ü.f.d. Yazgül Abdıyeva qonaqları və iştirakçıları salamlayaraq, hepatit virusları arasında ən təhlükəli olan hepatit B virusu ilə bağlı məlumat verib və bu cür maarifləndirmə tədbirlərinin hər zaman keçirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra “Sağlam bəşəriyyətin təhdidi – Hepatit” adlı video çarx nümayiş etdirilib.

Konfransda Dr. Afət Məmmədli tərəfindən
“Hepatit B-nin dəqiq təyini üçün laborator diaqnostika”, Dr. Təranə Bağırova tərəfindən
“Pediatriyada Hepatit B”, Dr. Akif Həsənov
“Hepati B-dən qorunma üsulları”, Hepatit B virusu” mövzuları məruzə edilib.

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev tərəfindən Yazgül Abdıyevaya Gədəbəy rayonunda gördüyü işlər, göstərdiyi dəstəyə görə fəxri fərman təqdim edilib.

Sonda sual və təkliflər səsləndirildi.