Dnestryanıda terror təhlükəsi qalmaqdadır

Tanınmamış Dnestryanı Moldova Respublikasının (PMR) rəhbəri Vadim Krasnoselski regionda davam edən terror təhlükəsi və qalan gərgin vəziyyət barədə məlumat verib. O, bu barədə RİA Novosti-yə bildirib.

“Mənfi faktorlar olduğu üçün vəziyyət gərgin olaraq qalır. Birincisi, Dnestryanıya qarşı davam edən terror təhlükəsidir. 2022-ci ildə respublika ərazisində müxtəlif hədəflərə başlanan silsilə hücumlar, təəssüf ki, bu il də hərbi hissələrimizə pilotsuz təyyarələrin hücumu ilə davam etdi”, – Krasnoselski qeyd edib.

Pridnestrovie lideri onu da vurğulayıb ki, məlum səbəblərdən təhlükəsizliyə xüsusi diqqət yetirilir. O əlavə edib ki, beynəlxalq ictimaiyyət, o cümlədən müvafiq beynəlxalq təşkilatlar Dnestryanıda terror aktları təhlükəsinə məhəl qoymur.

Mənbə: RİA Novosti

Oxşar xəbərlər