Dolların tezliklə dünyanın aparıcı valyutası statusundan məhrum ediləcəyi proqnozlaşdırılıb

Çin yuanının populyarlığı artdıqca ABŞ dollarının dominantlığının sonu yaxınlaşır.

Bu barədə Reuters agentliyinə VTB-nin rəhbəri Andrey Kostin məlumat verib.

Onun sözlərinə görə, indiki geosiyasi vəziyyətdə bir çox ölkələr ABŞ valyutası və avrodan kənar hesablaşmalara, Çin isə valyuta məhdudiyyətlərinin aradan qaldırılmasına doğru irəliləyir.

“ABŞ dollarının dominantlığının uzun tarixi dövrü başa çatmaq üzrədir. Çin başa düşür ki, yuanını konvertasiya olunmayan valyuta kimi saxlasalar, dünyanın bir nömrəli iqtisadi gücünə çevrilməyəcəklər”, – bankir bildirib.

Mənbə: Reuters

Oxşar xəbərlər