Donald Tramp hətta həbsdə olarkən də prezidentliyə namizədliyini irəli sürə biləcək

ABŞ-ın keçmiş prezidenti Donald Tramp hətta həbsdə olarkən də 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edə biləcək.

Bu barədə “Politico” yazır.

“Ali Məhkəmə qərar verdi ki, federal vəzifəyə namizəd olmaq üçün yeganə tələblər Konstitusiyanın tələbləridir” deyə hüquqşünas Eugene Mazo izah etdi.

Onun sözlərinə görə, Tramp ruhi xəstə olsa belə, ölkə prezidentliyinə namizədliyini irəli sürə biləcək. Federal hökm, digər məsələlərlə yanaşı, onun prezidentlik yarışında iştirakına mane ola bilməyəcək.

İctimai.az

Oxşar xəbərlər