Dövlət başçısı Azərbaycanda yeni təyin olunan səfirlərinin etimadnamələrini qəbul edibbackend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də Konqo Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri David Madukanın, Namibiya Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Klemens Xanduukeme Kaşuupulvanın, Vyetnam Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Danq Min Xoyun,  Laos Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Vilavan İyapohenin etimadnamələrini qəbul edib.

Bu barədə AZƏRTAC məlumat yayıb.