Fevralın 7-də Ali Rada Ukraynada hərbi vəziyyətin müddətini daha üç ay uzadıb.
Bu barədə Ukraynanın “Klymenko Time” nəşri yazır. Qeyd olunur ki, müvafiq qərarın lehinə 348 xalq deputatı səs verib.
Ukrayna prezidenti Vladimir Zelenski Radaya respublikada hərbi vəziyyətin və səfərbərliyin müddətinin artırılması ilə bağlı qanun layihələri təqdim edib.
Fevralın 4-də Radanın deputatı Yaroslav Jeleznya bildirib ki, bu uzadılmalar fevralın 19-dan sonra qüvvəyə minəcək və yəqin ki, 90 gün davam edəcək.
Mənbə: Klymenko Time
İctimai.az

