ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib ki, ABŞ-ın Ukraynanı kaset sursatları ilə təmin etmək qərarı Kiyevin hücumun tam ortasında olması ilə bağlıdır. Bu barədə RİA Novosti-nin məlumatında deyilir.
“Ukrayna böyük miqdarda artilleriya tələb edən əks-hücumun ortasındadır. Onlar elə bir vəziyyətdədirlər ki, onlara lazım olan bəzi artilleriya mərmilərinin ehtiyatları azalır”, – Miller bildirib.
Bundan əvvəl Miller brifinq zamanı bildirib ki, ABŞ Türkiyənin Avropa İttifaqına daxil olması məsələsinin İsveçin NATO-ya daxil olmasına mane olmamasının tərəfdarıdır.
Mənbə: RİA Novosti

