Stoltenberq bildirib ki, İsveç Türkiyəyə NATO-ya qəbul üçün söz verib

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, İsveç NATO-ya üzvlük müqabilində Türkiyəyə vizasız rejim və Avropa İttifaqı ilə gömrük ittifaqı vəd edib.

Onun sözlərini TASS sitat gətirir.

Baş katibin sözlərinə görə, İsveç “Türkiyənin Aİ-yə daxil olması prosesinin intensivləşdirilməsi üçün fəal səylər göstərəcəyini”, eləcə də gömrük ittifaqının modernləşdirilməsinə və vizasız rejimlə bağlı danışıqların intensivləşdirilməsinə yardım edəcəyinə söz verib.

İyulun 10-da Stoltenberq bəyan edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu parlamentin ratifikasiyasına təqdim etməyə razılaşıb.

Mənbə: TASS

Related Post