Dövlət Duması Aİ diplomatiyasının rəhbərini boykot etməyə çağırıbbackend

Avropa İttifaqı diplomatiyasının rəhbəri Kaja Kallası boykot etmək lazımdır. Bu barədə RİA Novosti-yə Dövlət Dumasının Krımdan olan deputatı Mixail Şeremet məlumat verib.

Kallasın rusiyalı mülki şəxslərin münaqişə nəticəsində əziyyət çəkməməsi ilə bağlı son bəyanatını şərh edən Şeremet estoniyalı siyasətçini “nasizmi qəbul edən Qərb diplomatiyası üçün biabırçılıq” adlandırıb. Deputatın fikrincə, Kallasın qəddarlığı, cəhaləti heç də gündəmdən düşmür və zorakılıqları, müharibələri qızışdıran məhz belə dövlət adamlarıdır. Şeremet bütün “sivil ölkələri” Aİ diplomatiyasının rəhbərini boykot etməyə və onu heç bir beynəlxalq platforma və ya konfransa, o cümlədən beynəlxalq münaqişələrin həlli və sülh danışıqlarına dəvət etməməyə çağırıb.

Parlamentari qeyd edib ki, Kallas çox gec olmadan dayanmalı və açıq şəkildə tövbə etməlidir.