Zelenski və Yermak Ukrayna ilə bağlı Səudiyyə Ərəbistanında keçiriləcək görüşə qatılmayacaqbackend

Ukrayna prezidenti Vladimir Zelenski və onun aparat rəhbəri Andrey Yermak Səudiyyə Ərəbistanında Ukrayna ilə bağlı görüşə qatılmağı planlaşdırmır. Bu barədə Washington Post (WP) qəzeti mənbəyə istinadən yazır.

“Nə Zelenski, nə də onun baş köməkçisi Andrey Yermak Səudiyyə Ərəbistanında keçiriləcək görüşdə iştirak etməyi planlaşdırmırlar”, – deyə bəyanatda bildirilir.

ABŞ və Rusiyanın yüksək vəzifəli rəsmiləri bu həftə Səudiyyə Ərəbistanında görüşəcək. “Kommersant” qəzetinin məlumatına görə, fevralın 18-də Ər-Riyadda Rusiya nümayəndə heyətinin iştirakı ilə Ukrayna üzrə danışıqlar aparılmalıdır.