RİA Novosti xəbər verir ki, Krım Dövlət Dumasının deputatı Leonid İvlev Fransa prezidenti Emmanuel Makronu rus əsgərlərinin 1814-cü il martın 31-də Napoleon ordusunu məğlub edərək Parisə necə daxil olduğunu unutmamağa çağırıb.
Bundan əvvəl Makron bildirmişdi ki, Fransa və Böyük Britaniya yaxın gələcəkdə Ukrayna qoşunlarına əks-hücum əməliyyatı keçirməyə kömək etmək niyyətindədir.
“Makron tarixi yaxşı bilməlidir. Rus qoşunlarının Parisdə olmasından tarixi dərs alın və burnunuza kəsin ki, Rusiya istənilən güclü ordunu məğlub etməyə qadirdir”, – İvlev bildirib.
Mənbə: RİA Novosti
İctimai.az

