Mbappe PSJ ilə müqavilənin uzadılmasından peşmandırbackend

Marca xəbər verir ki, Paris Saint-Germain-in hücumçusu Kilian Mbappe hələ də karyerasını “Real Madrid”də davam etdirmək şansına malikdir.

Mənbənin sözlərinə görə, fransız futbolçu 2022-ci ildə Paris klubunun razılığına uyaraq Madrid klubuna keçmək əvəzinə yeni müqavilə imzalamasından təəssüflənir.

Mbappe gələcəkdə Real Madridə keçmək arzusunda olduğunu bildirib və ətrafdan ispan klubunun onun transferində maraqlı olub-olmadığını öyrənmək üçün müraciət edib.

Mənbə: Goal

ictimai.az