Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Agentliyinə yeni sədr təyin olunub – RƏSMİbackend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Agentliyində kadr dəyişikliyi olub.

Oxu.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev müvafiq əmr imzalayıb.

Nazirin əmri ilə Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdülqədirov vəzifəsindən azad edilib.

Onun yerinə bu vəzifəyə Anar Bayramov təyinat alıb.

Cavid Əbdülqədirov isə ƏƏSMN-nin Aparat rəhbərinin müavini vzifəsinə təyin  edilib.