İsrail karantin məhdudiyyətlərini ləğv etdibackend

İsraildə koronavirusa yoluxmanın davamlı olaraq aşağı olması səbəbindən qapalı yerlərdə məcburi maskalar taxmaqdan başqa bütün karantin məhdudiyyətləri qaldırılıb.

Bu barədə gazeta.ru xəbər verib.

“Qalan bütün məhdudiyyətlər 1 iyun 2021-ci il tarixində bitdikdən sonra uzadılmadı. “Yaşıl keçid” zərurəti və “bənövşəyi standart” məhdudiyyətləri aradan qaldırılıb. Qapalı müəssisələrdə məcburi maska ​​taxma əmri, başqa cür qərar verilənə qədər qüvvədə qalacaq”, – deyə İsrail Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd edək ki, “yaşıl keçid” – əvvəllər bir sıra sosial tədbirlərə və təşkilatlara qatılarkən tələb olunan peyvənd sənədi idi, “bənövşəyi standart” isə dövlət qurumları və müəssisələrin fəaliyyətini tənzimləyirdi.

O da vurğulanıb ki, daxili məhdudiyyətlərin əksəriyyətinin götürülməsinə baxmayaraq, İsrail vətəndaşlarının COVID-19 riski yüksək olan ölkələrə getməsi barədə qadağa qüvvədədir.