Dövlət Turizm Agentliyinin sədri federasiya prezidenti oldubackend

Azərbaycanda idman federasiyasının adı dəyişdirilib.

İctimai.az xəbər verir ki, bu, Qış İdman Növləri Federasiyasıdır.

Bu barədə Dağ Xizəyi Federasiyasının Nizamnaməsində dəyişiklik edilib. Bu gün yeni federasiyanın prezidenti Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, baş katibi isə Günel Bədəlova seçilib. Qurumun mətbuat xidmətinin rəhbəri isə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının mətbuat katibi Orxan Bədəlov təyin olunub.

Yeni federasiya dağ xizəyi, snoubordinq, xizək alpinizmi və fiqurlu konkisürmə növlərinin inkişafı ilə məşğul olacaq.

Xatırladaq ki, daha əvvəl Azərbaycanda Qış İdman Növləri Federasiyası mövcud olub. Həmin quruma məşhur iş adamı İsgəndər Xəlilov, Dağ Xizəyi Federasiyasına isə onun oğlu Rauf Xəlilov başçılıq edib.