Xalqımızın Ümummilli lideri Heydər Əlirza oğlu Əliyev Azərbaycanın görkəmli şəxsiyyəti, təcrübəli siyasət adamı, dövlət xadimi kimi adı tarixə qızıl hərflərlə yazılmış böyük sərkərdələrdəndir. Bu fenomenal şəxsiyyət Azərbaycan xalqının yetişdirdiyi ən görkəmli siması idi. Heydər Əliyev Azərbaycan tarixində əbədi qalacaq, hər zaman böyük hörmət və qürür hiss ilə anılacaqdır.
Tarixə nəzər yetirdikdə, Azərbaycanı ən çətin – keçid dövrünün enişli-yoxuşlu yollarından çıxaran, tənəzzüldən dirçəlişə çatdıran, xalqını hər sahədə yüksəklərə ucaldan məhz Heydər Əliyev olmuşdur. Heydər Əliyevin müdrikliyi, əzəməti, nail olduğu işlərin nəticələri, bu işlərin qısa zaman kəsiyində həyata keçməsinə səbəb olmuş, uzaq görən siyasəti isə müstəqil Azərbaycanı bütün dünyaya tanıtmış, Azərbaycan Respublikasının azad gələcəyinə imza atmışdır. Elə bu səbəbdən də Heydər Əliyev kiçikdən böyüyə qədər hər kəsin qəlbində dərin hörmət, böyük rəğbət sahibi, onu sevənlərin ehtiram bəslədiyi şəxsiyyət olacaqdır.
Heydər Əliyevin keçdiyi keşməkeşli, yeri gələndə əzablı, siyasi təziqli həyat yolu hər bir Azərbaycanlı üçün örənəkdir. Bu gün Azərbaycan gəncliyinin ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında yaxından fəal iştirakına, həmçinin, plüralist demokratiyanın mövcudluğunun əsas şərtlərindən olan vətəndaş cəmiyyətinin formalaşmasında gənclərin öz dəyərli töhfələrini vermə imkanlarının yaradılmasına hərtərəfli şərait yaratmasına məhz Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevə borcluyuq. “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən bu gün haqqında yox, Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi də Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır” söyləyən dahi Lider üçün həqiqətən də Azərbaycan xalqının ən dəyərli varlıqları uşaqlar və gənclər idi. Təbii ki, dahi Liderimizin gənclərə ərmağan etdiyi müstəqil Azərbaycanın hər bir təməl daşında misilsiz xidmətləri olmuşdur. Heydər Əliyev Azərbaycanın gələcəyinin bünövrəsi düzgün qoyulan ailələrdə yetişmiş uşaqlardan, gənclərdən asılı olduğunu dəfələrlə vurğulamışdır.
Uşaqların sağlam, gümrah böyüməsi, Vətənə, ailəsinə sadiq, layiqli övlad kimi yetişməsi, təhsil alması dövlətin daim diqqət mərkəzində saxladığı prioritet məsələlərdəndir. Ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə müstəqilliyimiz və Azərbaycanın inkişafı istiqamətində xalqın maraqlarına xidmət edən siyasi addımlar atıldı. Bu inkişaf Azərbaycan dövlətinin yalnız xarici arenada deyil, eyni zamanda daxilində də ciddi dəyişkliklərin baş verməsi ilə nəticələndi. Belə ki, ölkə Sovetlər birliyinin dağılmasından, müstəqillik əldə etməsindən sonra bütün sahələrdə, bütün sferalarda intibah dövrünü yaşamağa başladı. Bu prioritet istiqamət Azərbaycançılıq ideologiyasının daha da qabardılması, milli məfkürənin ön plana çəkilməsi, uşaqlara göstərilən dövlət qayğısının və diqqətinin artırılması, gənc nəslin daha da savadlı formalaşmasısı idi.
Qeyd olunduğu kimi Azərbaycanın Sovetlər birliyinin tərkibində olması bu dövlətinin kommunist ideoloji mühiti dini-milli аdət və ənənələrimizin öyrənilməsinə və təbliğinə qadağalar qoymuşdur. Yeni adət və ənənələr adı altında əsasən sosialist həyat tərzinin mahiyyətini və məzmununu ifadə edən ideoloji, siyasi xarakterli mənəvi cəhətlər diqqət mərkəzinə çıxarılmışdır. Xüsusilə, Sovet məkanında mədəniyyət və incəsənət kommunist əxlaqı prinsiplərinin emosional vasitələrinə çevrilmişdir. Məhz Ümummilli liderimiz Heydər Əliyev bu qadağaları tar-mar etdi, Azərbaycanda ailə adət-ənənələrinin yenidən pöhrələnməsinə, milli kültürümüzün tərəqqisinə təkan verdi.
Azərbaycan gənclərinin gələcək taleyində dönüş nöqtəsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ölkəmizdə gənclər cəmiyyətin bütün sahələrində özlərini təsdiq etmək, yüksək bilik və bacarıq göstərməyə qadirdirlər. Dahi liderin 1997-ci il fevral ayının 2-si imzaladığı Fərman Azərbaycan gənclərinə ən gözəl ərmağan idi. Belə ki, 2 fevralın Azərbaycan Gənclərinin günü kimi elan edilməsi Ulu öndərin Azərbaycan gənclərinə göstərdiyi etimaddan irəli gəlirdi. Ən yüksək mənəvi, intellektual və fiziki keyfiyyətlərə malik olan Azərbaycan gəncliyinin formalaşmasında mühüm dinamiklik məhz bu fərmanın imzalanmasından sonra daha da pöhrələnməyə başlandı.
Dahi lider atdığı hər bir addımda müasir gənclərin taleyini, sabahını düşünürdü. Gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması və onun örnək vətəndaş kimi yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Heydər Əliyev müasir Azərbaycan gənclərini vətəninə, xalqına layiq, hərtərəfli övlad kimi yetişməsininin vacibliyini vurğulayaraq, ailənin gənclərin həyatında vacib faktor olduğunu, ailə dəyərlərinə sahib çıxmağı gənclərə tövsiyə edirdi.
“Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” söyləyən görkəmli lider Azərbaycan gənclərinin vətənpərvər ruhda böyüməsinə və ölkə həyatında ciddi rol oynamalarına zəmin yaratmışdır. Təsadüfü deyil ki, işğal altında olan Azərbaycan torpaqlarının azadlığı uğrunda canından keçmiş gənclərin əksər hissəsi məhz Dahi liderimizin ikinci dəfə Azərbaycan rəhbərlik etdiyi dönəmlərdə anandan olmuş gənclərdir. O gənclərdi ki, Ulu öndərin nitqləri ilə böyümüş, onun söylədiyi hər bir kəliməni həyat devizinə çevirmiş və azadlıq yolunda canınlarını fəda etmişlər.
Qeyd etmək lazımdır ki, əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinə sadiqlik Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. İlham Əliyev Azərbaycan gəncliyini müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə yüksəldilib. Prezidentimiz tərəfindən Azərbaycan gəncliyi üçün görülən işlər ən ali formada həyata keçirilir və elə bir sahə yoxdur ki, gənclər o sahədə özlərini sınamasın. Aparılan gənclər siyasəti dövlətimizin daha da güclənməsinə səbəb olur.
Ölkə Prezidenti tərəfindən həyata keçirilən gənclər siyasəti ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakına zəmin yaradır. Bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin, gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir.
Ölkə başçımız vurğulayır ki,: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”. Heydər Əliyev siyasi irsini layiqli davamçısı, Cənab Prezidentimiz İlham Əliyev tərəfindən gənclərin rifahına xidmət edən müxtəlif Dövlət proqramları hazırlanmış, bu istiqamətdə bir sıra vacib sənədlər təsdiq edilmişdir.
Vurğulamaq lazımdır ki, “Azərbaycan gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər), “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı” (2006-2010-cu illər), “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” və s. bağlı proqramlar, sərəncamlar Azərbaycan gənclərinə göstərilən etimadın təzahürüdür.
Qeyd edilənlər sübüt edir ki, Azərbaycan gəncliyinin gələcəyi etibarlı və əmin əllərdədir.
Bakı Slavyan Universiteti
Cəfərova Səbinə Namiq qızı

