DTX-nin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı nazir harada olub?backend

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində noyabrın 1-də əməliyyat keçirdiyi zaman nazir Anar Kərimov iş yerində olmayıb.

Bu barədə “Unikal.az” məlumat yayıb.

Bildirilib ki, A.Kərimov DTX-nin əməkdaşlarının nazirlikdə olduğunu biləndə işə gəlmək istəsə də, sonra fikrindən daşınıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova açıqlamasında nazir Anar Kərimovun dünən işdə olmadığını təsdiqləyib.

O bildirib ki, nazir hazırda iş başındadır.