Zəfər Günü – Həmrəylikdən Dəmir yumruğa gedən yolbackend

Dövlətçilik tariximizi şərəfləndirən bayram günlərilə zəngin noyabr ayı artıq ikinci ildir ki, bizim üçün daha da əlamətdardır. Çünki Ali Baş Komandan, Prezident İlham Əliyevin ötən il imzaladığı sərəncamı ilə hər il noyabrın 8-i respublikamızda Zəfər Günü kii təntənəli şəkildə qeyd edilir. Çünki bu tarix bütün dünyaya Qalib Azərbaycanın torpaqlarının bir qarışının belə düşmənə vermədiyini göstərdi. Və sentyabr ayının 27-dən başlanan Vətən müharibəsinin hərbi əməliyyatlar dövrü məhz bu tarixdə başa çatdı. Şuşanın Azərbaycan tərəfindən azad edilməsindən sonra çıxış yolu qalmayan Ermənistan Azərbaycan Prezidenti, Ali baş Komandan İlham Əliyevin şərtləri ilə kapitulyasiya aktına imza atmağa məcbur oldu. Sərəncamda deyildiyi kimi, Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana qaytarıldı.

Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun qəhrəmanlığı sayəsində Vətən savaşı qələbə ilə başa çatdı. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən və milli qürurumuzun təntənəsinə çevrilən 8 noyabr Zəfər günümüz gələcək bütün tariximizdə daim yaşayacaq.

Belə bir fikir var: tarix qalibləri mühakimə etmir, həm də bu qalib haqq işi uğrunda qələbə qazanırsa! Bəli , artıq iki ildir ki, 8 noyabrda Ali Baş Komandanımızın, Müzəffər Ordumuzun və rəşadətli əsgər və zabitlərimizin şücəati ilə 8 noyabrda göz bəbəyimiz Şuşamız işğaldan azad olundu və üçrəngli bayrağımız Şuşamızda dalğalanmaqdadır.Xalq-İqtidar- Ordu birliyinin “Dəmir yumruqla” Zəfər Günü yazıldı. Prezident İlham Əliyev: “Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir”. Bu sözləri dövlət başçımız Prezident İlham Əliyev dekabrın 29-da dünya azərbaycanlılarını təbrik edərkən bildirmişdir. Qalib Sərkərdə, Prezident İlham Əliyev bildirmişdir ki, bu qələbə xalq-iqtidar-ordu birliyinin Şanlı Zəfər Qələbəsidir: “Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir”.

Bəli, bu qələbə xalq-iqtidar-ordumuzun birliyinin nəticəsidir. Bu, “Qarabağ Azərbaycandır və nida” deyən Qalib Sərkərdəmizin “Dəmir yumruq” siyasəti ilə güclü Ordumuzun qəhrəman əsgər və zabitlərinin rəşadəti ilə dünya müharibələrində qazana bilmədiyi 44 gün ərzində qazandığı Qələbə Zəfəridir. 8 noyabr Zəfər Günü – 44 günlük Vətən müharibəsində Vətən uğrunda canından, qanından keçən 2783 nəfər igid əsgər və zabitlərimizin şəhidlik zirvəsinə ucaldığı milli qürurumuzun, yenilməzliyimizin nümayiş etdirildiyi gündür. Bu gün bu şanlı tarixin yazılmasının əsas memarı – Ali Baş Komandan, Qalib Sərkərdə İlham Əliyev cənabları son 18 ildə yumruq siyasəti nəticəsində, xalq-iqtidar birliyinin yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşməsidir ki, Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə NİDA! qoydu. Və xoş xəbərləri xalqına özü birbaşa çatdıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər işğaldan azad olan torpaq müjdəsini səsləndirəndə “Qarabağ Azərbaycandır!” deyərkən simvolik olaraq yumruğunu da qaldırdı. Bunun da məntiqli mənası odur ki, həmrəy olub bir yumruq kimi birləşib Qarabağı düşməndən azad etdik. Bu birliyin köməyinə həmrəylik gəldi. “Dəmir yumruq” həmrəylik gücümüzün simvoluna çevrildi. Həmrəylikdən gələn 30 illik haqq yolu dəmir yumruğa çevrilib düşmənin saxtalaşdırdığı illərin yalanını üzə çıxardı. Ədalətimizi həmrəylik gücü ilə bərpa etdi.Ölkə rəhbərimiz, Ali baş Komandanımız İlham Əliyev xalqa müraciətdə bu böyük Qələbəni xalqına bəyan etməkdən böyük fəxarət və qürur hissi duyduğunu deyib: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox”.

Budur, Azərbaycan Prezidenti, Ali Baş Komandanımızın diplomatik siyasəti! Budur, xalqının Prezidenti olmaq! Budur, Liderlik missiyası! Bəli, bu gün Ali Baş Komandanımız, Prezident İlham Əliyev bu tarixi qələbəni bir daha əbədiləşdirdi. Bir sözlə, 8 noyabr, 2020-ci il – Qələbə, həmrəylik bayramının haqqını verə bildik öz qələbəmizlə, yekdil birliyimzlə… Zəfər Günümüz mübarək, Azərbaycan! Həmişə birlikdə olaq! Qarabağ Azərbaycanındır! Qarabağ Azərbaycandır!

 

MUXTAR NAĞIYEV,

YAP Səbail rayon təşkilatının sədri