Dubay İran raketləri və dronlarının hücumuna məruz qalıbbackend

Birləşmiş Ərəb Əmirliklərinin Hava Hücumundan Müdafiə Qüvvələri İran raketləri və dronlarının hücumlarını dəf edir.

Bu barədə WAM xəbər agentliyi ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Nazirlik izah edib ki, BƏƏ-nin müxtəlif yerlərində eşidilən səslər hava hücumundan müdafiə sistemləri və qırıcı təyyarələrin İrandan buraxılan ballistik raketləri və dronları ələ keçirməsinin nəticəsidir.

İranın davam edən hücumları fonunda BƏƏ Mülki Aviasiya İdarəsi ölkənin hava məkanını qismən və müvəqqəti olaraq bağlamaq qərarına gəlib.