Keniyalı yüngül atlet Kipyeqon Bett 26 yaşında vəfat edib. Bu barədə Nation nəşri idmançının bacısına istinadən məlumat yayıb.
İdmançı sentyabrın 30-da qan qusaraq Keniyadakı Bemet County Xəstəxanasına aparılıb. Buna səbəb qaraciyər və digər daxili orqanların zədələnməsi olub. İdmançı oktyabrın 6-da dünyasını dəyişib.
“Bir ay idi ki, vəziyyəti pis idi və xəstəxanada ambulator müalicə alırdı. Şənbə günü onun vəziyyəti pisləşdi və o, əlavə müayinə üçün başqa xəstəxanaya göndərildi”, – onun bacısı Purity Kirui bildirib.
Betin dopinqlə bağlı problemləri var idi. 2018-ci ildə idmançı antidopinq qaydalarını pozduğuna görə dörd illik diskvalifikasiya alıb. 2022-ci ildə Bett dayandırıldıqdan sonra idmana qayıtdı, lakin yalnız Keniyada keçirilən regional yarışlarda iştirak etdi.
Mənbə: NTV Spor