Referendum iştirakçılarının 70%-dən çoxu Qazaxıstanda Atom Elektrik Stansiyasının (AES) tikintisini dəstəkləyib.
Bu barədə Qazaxıstanın KazTAG teleqraf agentliyi məlumat yayıb.
Rəsmi ilkin məlumatlara görə, AES-in tikintisini referendum iştirakçılarının 71,12 faizi dəstəkləyib. Eyni zamanda, seçici fəallığı 63,66% təşkil edib – səsvermədə 7,8 milyondan çox insan iştirak edib.
Oktyabrın 6-da günortadan sonra Qazaxıstan Mərkəzi Seçki Komissiyası ölkədə Atom Elektrik Stansiyasının (AES) tikintisi ilə bağlı referendumu keçərli kimi tanıyıb. Təşkilatçılar hesablayıblar ki, 10 min 325 seçki məntəqəsində ən azı 12 milyon vətəndaş səs verməli idi. Qazaxıstanlılar bir suala belə cavab verdilər: “Siz Qazaxıstanda atom elektrik stansiyasının tikintisi ilə razısınızmı?”