Dünyanın ən balaca uşaqlarından biri doğulubbackend

Türkiyənin Tekirdağ Namık Kamal Universitetinin Tibb Fakültəsi Xəstəxanasında 310 qram ağırlığında və 23 santimetr boyu olan oğlan körpə doğulub.

İctimai.az xəbər verir ki, NKU Tibb Fakültəsi Xəstəxanasının mütəxəssisi Dr. Mustafa Törehan Aslan jurnalistlərə açıqlamasında ananın hamiləliyin 21-ci həftəsində uşaq dünyaya gətirdiyini deyib.

34 yaşlı ananın təzyiqi yüksək olduğu üçün bu gün keysəriyyə əməliyyatı ilə doğulduğunu bildirən Aslan, “Ultrasəs müayinəsinə görə 21 həftəyə uyğun hamiləlik olub və doğuş qaçınılmaz olub və baş verib. Körpəmiz 310 qram çəki ilə dünyaya gəldik və doğuş otağında effektiv yeni doğulmuş reanimasiya ilə körpəmizi şöbəmizə apara bildik”.

Mənbə: A Haber

İctimai.az