Dünyanın ən dəyərli şirkətinin adı açıqlanıbbackend

Amerikalı çip istehsalçısı Nvidia yenidən kapitallaşmaya görə Apple-ı keçərək dünyada birinci yerə yüksəlib. Bunu NASDAQ birjasında ticarət məlumatları sübut edir.

Bir gün əvvəl Nvidia səhmləri 2,84% bahalaşaraq hər səhm üçün 139,91 dollardan bağlandı. Nəticədə şirkətin bazar dəyəri 3,43 trilyon dollara çatıb. iPhone istehsalçısının kapitallaşması əsas sessiyanın sonunda 3,38 trilyon dollar təşkil edib.

Dünyanın ən dəyərli şirkətləri arasında üçüncü yer hazırda Microsoft-a məxsusdur. İT nəhənginin kapitallaşması bu gün 3,06 trilyon dollar olaraq qiymətləndirilir.

Mənbə: Lenta.ru