Yanvar-sentyabrın nəticələrinə əsasən, Rusiya Çilidən 77 milyon dollara 11,5 min ton dondurulmuş qızılbalıq alıb. Bu barədə “İnterfaks” Balıqçılıq İttifaqının məlumatlarına istinadən yazır.
Çili qızılbalığının Rusiya bazarına daşınmasının belə azalmasının əsas səbəbi istehsalın 10% azalması fonunda məhsulun kəskin bahalaşmasıdır. Balığın kiloqramı 9 dollara qalxıb.
Nəticədə, Rusiyanın balıq idxalında Çilidən gətirilən bahalı qızılbalıq həcminin bir hissəsi Türkiyə və İrandan gətirilən alabalıqlarla əvəzlənib ki, onun orta qiyməti kilosu 5,5 dollar təşkil edir.
Mənbə: İnterfaks