Dünyanın ən istedadlı müdafiəçilərindən biri karyerasını “Real”da davam etdirmək arzusundadırbackend

Lill” klubunun mərkəz müdafiəçisi Leni Yoro karyerasını “Real Madrid”də davam etdirmək arzusundadır. 18 yaşlı futbolçunun Fransa klubu ilə müqaviləsinin müddəti gələn il başa çatır və o, mövsümün sonunda komandanı dəyişmək istəyir. Madrid klubu gənc istedadın transferində əsas namizəd hesab olunur.

“Lill” Yoronun transferindən 40 milyon avro qazanmaq istəsə də, futbolçunun mövsümün sonlarına doğru formasının aşağı düşməsi klubun planlarına mane ola bilər.

Eyni zamanda, “Mançester Yunayted” və PSJ də mərkəz müdafiəçinin xidmətlərinə maraq göstərir. Hər iki klub müdafiə xəttini gücləndirmək üçün fransız oyunçunu heyətinə qatmaq istəyir.

18 yaşlı Yoro cari mövsümdə bütün turnirlərdə 44 oyuna çıxıb və 3 qol vurub. “Transfermarkt” portalının məlumatına görə, futbolçunun bazar dəyəri 40 milyon avro təşkil edir.

Qeyd edək ki, Leni Yoro ötən mövsüm Fransa Liqasında ən yaxşı gənc oyunçu seçilib.

Источник: L`Equipe