Azərbaycan güləşçisi reytinq turnirinin qalibi olubbackend

Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirinin qalibi olub.

63 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda moldovalı Viktor Çobanuya tam üstünlüklə qalib gəlib.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Maqomedxan Maqomedov (97 kq) gümüş, Hacı Əliyev (65 kq) isə bürünc medal qazanıb.