Telegram-ın həmtəsisçisi Pavel Durov fransız müstəntiqləri ilə rus və ingilis dillərində danışmağa məcburdur.
TASS France Info radiostansiyasına istinadən xəbər verir. Durov fransız dilini B1 səviyyəsində bilir.
“Bu, dil biliyinin orta səviyyəsidir, lakin bu, müstəntiqlərin suallarını cavablandırmaq üçün kifayət etmədi”, media qeyd edir.
Buna görə də həbs zamanı Durov asayiş keşikçilərinin suallarını rus, daha sonra isə ingilis dilində cavablandırıb.
Xəbərdə deyilir ki, o, ölkə vətəndaşı olmaq üçün fransız dilindən imtahan verməli olub.
Durov həftədə iki dəfə polisə xəbər vermək öhdəliyi ilə 5 milyon avro girov müqabilində sərbəst buraxılıb. Ona Fransa ərazisini tərk etmək qadağan edildi. Fransız vəkilin sözlərinə görə, Durovun məhkəmə nəzarətinin yumşaldılmasını tələb etmək hüququ var.