Rusiya prezidenti Vladimir Putin Oleq Vasnetsovu Rusiyanın Moldovadakı səfiri vəzifəsindən azad edib.
Onun fərmanı hüquqi informasiya portalında dərc olunub.
Oleq Vasnetsov bu vəzifəni 2 iyul 2018-ci ildən icra edir.
Putin digər sərəncamla Rusiya-Afrika iqtisadi forumunun katibliyinin rəhbəri vəzifəsində çalışmış Oleq Ozerovu Rusiyanın Kişinyovdakı diplomatik missiyasının rəhbəri təyin edib.
Ozerov şərqşünas-ərəbşünas, bir sıra elmi və publisistik məqalələrin müəllifidir. Ərəb, ingilis və fransız dillərini bilir. 2010-17-ci illərdə Rusiyanın Səudiyyə Ərəbistanındakı səfiri olub.
Mənbə: Lenta.ru