Dziuba karyerasını Çində davam etdirə bilərbackend

Moskva “Lokomotiv”inin hücumçusu Artem Dzyuba karyerasını Çində davam etdirə biləcəyini istisna etməyib.

“Leonid Slutski, əlbəttə ki, Çində uğur qazanacaq, bu, əladır. Əsas odur ki, özünü yaxşı hiss edir. Mən maraqlanardım? Bunu zaman göstərəcək” dedi Dziuba.

Dziuba ötən mövsüm “Lokomotiv”lə müqavilə imzalayıb. Daha sonra futbolçu və klub 1+1 sxemi ilə müqaviləni uzadıb. Bu mövsüm Dzyuba Rusiya çempionatında 16, ölkə kubokunda isə daha dörd oyun keçirib, dörd qol vurub və üç məhsuldar ötürmə edib. Ötən mövsüm forvard mövsümün yalnız yarısını keçirərək komandanın bombardiri adını Vilson İsidore və Anton Mirançukla bölüşüb.

Mənbə: Sports.ru