Norveçin “Yara” kimya şirkətinin prezidenti Svein Tore Holseter bildirib ki, Avropa Rusiyadan enerji asılılığını qida və gübrə asılılığı ilə əvəz edib.
Bu barədə Euractiv məlumat yayıb.
Holseterin sözlərinə görə, Rusiya gübrə və qidadan “silah kimi” istifadə edir.
“Yuxuda gəzənlər kimi, enerji ilə etdiklərimizi gübrələrlə təkrar etsək, çox narahat olardım” dedi Yara rəhbəri.
Holseter 2024-cü ili Aİ üçün həlledici il adlandırıb və fermerlər üçün stimulların və sənaye üçün “proqnozlaşdırıla bilən maliyyə strukturunun” yaradılmasına çağırıb.
Mənbə: Gazeta.ru