Əfqanıstan və Rusiya Əfqanıstan ərazisindən 50 milyon kubmetr maye qazın tranziti ilə bağlı saziş bağlamağı planlaşdırır.
Bu barədə RİA Novosti-yə müsahibəsində Əfqanıstandakı Rusiya Biznes Mərkəzinin rəhbəri Rüstəm Xabibullin məlumat verib.
“Qarşıdan gələn KazanForum 2025-də Əfqanıstan öz ərazisindən Cənub-Şərqi Asiyaya 50 milyon kubmetr Rusiya qazının tranziti üçün müqavilə imzalamaq niyyətindədir”, – Xabibullin bildirib.
O əlavə edib ki, qazın nəqli üçün qaz tankerlərindən istifadə olunacaq və artıq sınaq daşımaları həyata keçirilib.
Xabibullin həmçinin xatırladıb ki, 2023-cü ildə 50 milyon ton Rusiya neft məhsulunun illik tranziti üçün müqavilə, 2024-cü ildə isə 2 milyon ton Rusiya buğdası və ununun tranziti üçün müqavilə imzalanıb.