ABŞ Ali Məhkəməsi Donald Trampın “Trump Organization” maliyyə fırıldaqları işi üzrə hökmün təxirə salınması tələbini rədd edib.
Bu barədə qətnaməyə istinadən Fox News telekanalı məlumat yayıb.
Yanvarın 8-də Tramp Ali Məhkəməyə onun bu iş üzrə mühakimə olunmasının qarşısını almaq üçün fövqəladə vəsatət qaldırıb. Bu iş üzrə məhkəmə iclası yanvarın 10-da keçiriləcək.
Vəsatətin təmin edilməməsinin səbəbləri arasında onun işinə baxılmasında iddia edilən qanunsuzluqlara adi apellyasiya şikayəti verilərkən baxıla bilər.