Əfsanə geri döndü: Xavi “Barselona”dabackend

Qətərin “Əl-Sadd” futbol klubu rəsmən Xavi Hernandesin İspaniyanın “Barselona” klubuna keçdiyini açıqlayıb.

“Əl-Sadd” klubunun rəhbərliyi bəyan edib ki, ispaniyalılar Qətər klubu ilə müqavilədə nəzərdə tutulan təzminat məbləğini ödədikdən sonra mütəxəssislə rəsmi müqavilə bağlaya biləcək.

“Xavi “Əl-Sadd” tarixinin mühüm bir hissəsidir və biz ona uğurlar arzulayırıq”, – “Əl-Sadd” klubunun mətbuat xidməti “Twitter” hesabında yazıb.