Fərid Mansurov nazirlikdəki vəzifəsindən ayrıldıbackend

Gənclər və İdman Nazirliyi Fərid Mansurovun vəzifəsindən azad edilməsi xəbərini təsdiqləyib.

Bununla bağlı qurumun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, gənclər və idman nazirinin əmri ilə Fərid Mansurov nazirliyin İdman şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə F.Mansurov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman işləri üzrə prorektoru təyin edilib.