Avqustun əvvəlində Ekvadorda Guayaquil Universitet Xəstəxanasında 12 yeni doğulmuş körpə ölüb. Yerli hakimiyyət hadisədən narahatdır və araşdırmalara başlayıb.
Bu barədə EL Universo məlumat yayıb.
Tibb müəssisəsinin rəsmi açıqlamasına görə, uşaqlar vaxtından əvvəl doğuşun yaratdığı fəsadlarla bağlı kliniki vəziyyətə görə dünyasını dəyişib. O da qeyd olunub ki, yeni doğulan iki körpənin ölümü onların orqanizminə Klebsiella pneumoniae bakteriyasının daxil olması nəticəsində yaranan fəsadlar nəticəsində baş verib.
Ölkənin səhiyyə naziri xəstəxana direktorunun istefası barədə göstəriş verib. Yerli prokurorluq və ombudsman işə qoşulub. Təhqiqat çərçivəsində təşkilat işçilər, xəstəxananın avadanlıqlarının vəziyyəti, eləcə də maliyyə hesabatları haqqında ətraflı məlumat verməyə borclu olub.