Ekvadorun bir neçə bölgəsində fövqəladə vəziyyət elan edilibbackend

Ekvador hökuməti cinayət hallarının artması ilə əlaqədar ölkənin paytaxtı və 6 əyalətində yenidən fövqəladə vəziyyət elan etmək qərarına gəlib.

Bu barədə TASS məlumat yayıb.

Nəşr qeyd edir ki, Ekvador prezidenti Daniel Noboa ciddi daxili qeyri-sabitlik və daxili silahlı münaqişə səbəbindən 60 gün müddətinə fövqəladə vəziyyət elan edib.

Fərman ev və yazışma sirri hüquqlarını məhdudlaşdırır, həmçinin saat 22:00-dan 05:00-a qədər komendant saatı tətbiq edir.

Yanvarın 7-də Fito ləqəbli Los Choneros bandasının lideri həbsdən qaçdıqdan sonra ölkədə vəziyyət daha da pisləşib, bundan sonra bir neçə cəzaçəkmə müəssisəsində iğtişaşlar baş verib.

Yanvarın 8-də ölkənin bir sıra həbsxanalarında iğtişaşlar baş verib, müəssisələrdən birində 15 mühafizəçi girov götürülüb. Ekvadorda cinayətlərin sayı kəskin şəkildə artmaqdadır. Prezident Daniel Noboa fövqəladə vəziyyət elan edib və komendant saatı tətbiq edib.