24 may 2022-ci il tarixində Sosial İş Məktəbinin və “Əlilliyə erkən yardım Portec şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Baku Community Space”-də “Əlilliyə erkən yardım Portec şəbəkəsi”-nin sədri Gülnarə Pənahova tərəfindən otuza yaxın sosial iş məzunu və tələbənin iştirakı ilə “Əlilliyi olan şəxslərlə sosial iş” mövzusunda təlim keçirilmişdir.
Təlimdə əlilliyi olan şəxslərin müsbət imicini formalaşdırmaq məqsədilə sosial çarx nümayiş etdirilmiş, əlilliyi olan şəxslərlə iş prosesində sosial işçinin rolu, davranış qaydaları kimi mövzularda, həmçinin, rollu oyunlardan istifadə edərək, benefisiarların adını dəyişilməklə, real keyslər üzərindən əlilliyi olan şəxslərin üzləşdiyi problemlərin mümkün həlli yolları barədə müzakirələr aparılmışdır.
Təlimin sonunda xatirə şəkili çəkilmişdir.














