Elmar Qasımov idmançı karyerasını bitirdi

Çoxsaylı beynəlxalq yarışların qalibi və mükafatçısı Elmar Qasımov peşəkar cüdo karyerasını bitirməyə qərar verib.

O, bu barədə Azərbaycan Cüdo Federasiyasını məlumatlandırıb.

“Cüdo mənim həyatımda mühüm rol oynayıb. Karyeram boyu hər zaman möhtərəm Prezident İlham Əliyevin, bütün idmançılara olduğu kimi, mən də diqqətini və qayğısını hiss etmişəm və buna görə də ölkə başçısına dərin minnətdarlığımı bildirirəm. Həmçinin, bu yolda məni müşayiət edən məşqçilərimə –Fərhad Məmmədova, Əli Dəvrişova, Ağayar Axundzadəyə, Hacıağa Hacıəhmədova, Mövlud Mirəliyevə, o cümlədən əldə etdiyim nailiyyətlərdə mənə dəstək olan Azərbaycan Cüdo Federasiyasına, milli yığmanın tibbi və texniki heyətinə təşəkkürümü bildirirəm. Hazırda hədəflərim başqadır və diqqətimi yeni planlarıma yönəltmək istəyirəm”, – deyə Elmar Qasımov bildirib.

Oxşar xəbərlər