Elnur Məmmədli yüksək vəzifəyə təyin olundubackend

Cüdo üzrə olimpiya çempionu Elnur Məmmədliyə vəzifə verilib. 

Unikal.org-un əldə etdiyi məlumata görə, keçmiş idmançı Azərbaycan Republikasının Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki Milli Aerokosmik Agentliyinə sədr müavini vəzifəsinə təyin edilib.

Xatırladaq ki, E.Məmmədli 2016-cı ildə Yol Patrul Xidmətindəki işindən ayrılmışdı.

Bundan sonra o, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçmiş rəisi Mədət Quliyev tərəfindən qurumda şöbə rəisi postuna təyin edilmişdi.

İctimai.az