Elon Musk özünün Cybertruck üslubunda qablaşdırılmış pivə brendini təqdim etdibackend

İlon Maskın Tesla şirkəti müştərilərə məhdud tirajla təklif olunacaq GigaBier pivə markasını təqdim edib.

Bu barədə “Gadget Tendency” portalı məlumat yayıb.

GigaBier şüşəsi şirkətin futuristik elektrik yük maşını olan Cybertruck üslubunda hazırlanmışdır.

İçki 89 avroya (təxminən 7,4 min rubl) 0,3 ml-lik üç şüşə ilə qutuda satılır. Qeyd olunur ki, pivə Berlində dəmlənib və sitrus, berqamot və şirin meyvə notlarına malikdir.

Mənbə: Gazeta.ru

İctimai.az