Midjourney yaradıcıları saxtakarlıq səbəbindən neyron şəbəkəyə pulsuz girişi bağlayıblarbackend

Şəkillərin yaradılması üçün eyniadlı neyron şəbəkəsinin yaradılmasına cavabdeh olan Midjourney şirkəti öz məhsulunun pulsuz versiyasına girişi bağlayıb.

Bu barədə Business Insider məlumat yayıb.

Midjourney-in təsisçisi David Holtz şirkətin rəsmi Discord serverində “Hədsiz yüksək tələbat və sınaqdan sui-istifadə səbəbindən sistem yeniləməsini buraxana qədər pulsuz sınaqları müvəqqəti olaraq dayandırırıq” dedi.

Daha əvvəl Midjourney-də dəbli ağ gödəkçədə Papa Fransisin və Donald Trampın polis tərəfindən həbs edilməsinin görüntüləri sosial mediada yayılıb.

Bəzi istifadəçilər onları o qədər real gördülər ki, onların neyron şəbəkə tərəfindən yaradıldığını dərhal dərk etmədilər. Bu görüntülərin viral yayılmasından qısa müddət sonra Twitter-də istifadəçilərə həqiqi fotoya deyil, neyron şəbəkənin işinin nəticəsinə baxdıqları barədə xəbərdarlıq edən xüsusi lövhə peyda olub.

Mənbə: Lenta.ru

İctimai.az