Rusiyada yeni Xiaomi 14T və 14T Pro smartfonlarının satışına başlanılıb.
Bu barədə Gazeta.Ru-ya MTS-in mətbuat xidmətindən məlumat verilib.
Pərakəndə satıcı qeyd edib ki, sentyabrın 26-da başlayan ilkin sifarişlərin nəticələrinə əsasən, yeni məhsullara tələbat gözləntiləri üstələyib və əvvəlki Xiaomi 13T seriyası ilə müqayisədə 40% artım göstərib.
İlkin sifarişlərdə lider Xiaomi 14T modeli olub ki, bu da bütün alışların 60%-ni, Pro versiyası isə 40%-ni toplayıb. Moskva sakinləri yeni məhsullara ən çox maraq göstərirlər. İlk 5 regiona həmçinin Sankt-Peterburq (12%), Krasnoyarsk diyarı (5%), Tatarıstan Respublikası və Novosibirsk vilayəti (hər biri 4%) daxil olub.
Oktyabrın 3-dən 31-dək MTS-də Xiaomi 14T və 14T Pro smartfonlarını alan zaman alıcılar istədikləri hədiyyəni əldə edəcəklər: Xiaomi Watch S3 smart saatı və ya Xiaomi Robot Vacuum E10 smart tozsoranı. Xiaomi MIX Flip alıcılarına 5 min rubl endirim və Xiaomi Watch 2 smart saatı veriləcək.















