“Real Madrid”in braziliyalı hücumçusu Endrik Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda Almaniyanın “Ştutqart” klubu ilə oyunda qol vurub.
Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidmətinin məlumatına görə, cənubi amerikalı əfsanəvi ispan hücumçu Raulun rekordunu təzələyərək, Los Blankos tarixində ən gənc qolçu olub.
Endrik 18 yaş 58 günlük, Raul isə Çempionlar Liqasında ilk qolunu 18 yaş 113 gündə vurdu.
“Real Madrid” – “Ştutqart” oyunu “Santyaqo Bernabeu” stadionunda baş tutub və 3:1 hesabı ilə başa çatıb.
Mənbə: NTV Spor