Estoniyanın cənubunda Rusiya ilə sərhədə yaxın ərazidə yeni hərbi baza açılıb. Bu barədə ERR yayım şirkəti məlumat yayıb.
Bazanın Reedo adlandığı və 14 binadan ibarət olduğu dəqiqləşdirilir. Yeni baza Võru şəhəri yaxınlığındakı Juba kəndində yerləşir. Agentliyin məlumatına görə, onun tutumu min nəfərə qədərdir. Estoniyanın ikinci briqadasının və digər NATO ölkələrinin qoşun kontingentinin orada yerləşdiriləcəyi gözlənilir.
ERR qeyd edir ki, Reedo “Şimali Atlantika Alyansının müdafiə planlarına uyğun olaraq hazırlıqlar üçün toplanma nöqtəsi kimi” istifadə olunacaq.
Sentyabrın 18-də Baltik Respublikası Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vahur Karus bildirib ki, alyans Estoniya silahlı qüvvələrinin qarşısına NATO və Rusiya arasında potensial silahlı münaqişəyə hazırlıq vəzifəsi qoyub.