Ərdoğan Qazaxıstanda keçiriləcək ŞƏT sammitində Putinlə danışıqlar apara bilərbackend

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçirilən sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq niyyətindədir. Bu barədə Türkiyənin Habertürk xəbər kanalı məlumat yayıb.

Əldə olan məlumata görə, Ərdoğanla Putinin görüşü zamanı Ukrayna münaqişəsi, taxıl tədarükü fonunda Qara dənizdəki vəziyyət, Akkuyu AES-in tikintisi, qaz qovşağının yaradılması perspektivləri, Azərbaycanda seçkilər Suriyanın şimal hissəsindəki kürd bölgələri müzakirə edilə bilər.

Bundan əvvəl Ərdoğan jurnalistlərə bildirib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvaya son səfəri zamanı Putinlə Suriyanın kürd bölgələrində keçiriləcək seçki mövzusunu ətraflı müzakirə edib.

Mənbə: TASS