Böyük dünya gücləri təcili olaraq Fələstin dövlətinin yaradılması ilə bağlı razılığa gəlməlidirlər, Ərəb Dövlətləri Liqasının (LAS) baş katibi Əhməd Əbu əl-Qeyt Qahirədə keçirilən sammitdə bildirib, TASS xəbər verir.
O, təcili olaraq Fələstin dövlətinin yaradılmasının konkret yollarını işləyib hazırlamağa, “Fələstin xalqına öz müstəqil dövlətini yaratmağa imkan verəcək konkret perspektivlər barədə razılığa gəlməyə” çağırıb.
Liqanın rəhbəri həmçinin dərhal atəşkəsə və mülki əhalinin təxliyə olunduğu şimal hissəsi də daxil olmaqla Qəzza zolağına humanitar dəhlizlərin açılmasına çağırıb.
Mənbə: TASS