Ərəb mediası İsrail hərbçilərinin fələstinlilərə qarşı vəhşi rəftar etdiyini yazıbbackend

Əl-Cəzirə İsrail əsgərlərinin guya iki silahsız fələstinlini güllələdiyini və onların cəsədlərini buldozerlə basdırdığını əks etdirən bir video əldə etdiyini iddia edir.

Telekanalın məlumatına görə, insident fələstinlilər sahil boyu açıq ərazidən keçərkən baş verib. İddialara görə, kişilərdən biri təhlükəli olmadığını nümayiş etdirmək üçün dəfələrlə ağ parça yelləyib, lakin hər ikisi yaxın məsafədən vurulub.

Əl-Cəzirə telekanalının məlumatına görə, həmin şəxslər Qəzza zolağının şimalına qayıtmaq istəyiblər. Ölənlərin cəsədlərinin “İsrail hərbi buldozeri” tərəfindən qumda basdırıldığı iddia edilir.

Mənbə: Lenta.ru